Bir yaşlı körpə anasının qucağından düşərək ölüb

Kateqoriya məlum deyil
T
Neftçalada 1 yaşlı uşaq faciəvi şəkildə ölüb.
Sfera.az xəbər verir ki, hadisə Neftçala rayonun II Qaralı kəndində baş verib.
Belə ki, kənd sakini 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızının qucağında olan əkiz uşaqlarından biri, 2024-cü il təvəllüdlü körpə ehtiyatsızlıqdan yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan körpə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. \Qafqazinfo






