Toydan qayıdarkən qəzaya düşən şəxslərin SON DURUMU

Toydan qayıdarkən qəzaya düşən şəxslərin SON DURUMU
Kateqoriya məlum deyil
T

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.
 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Sfera.az-a verilən məlumata görə, 10.09.2025-ci il tarixində Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 18 radələrində 4 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:


"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
 

Hazırda 3 nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Onlardan bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti stabil qiymətləndirilir.
 

Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR