“Karta pul köçürmək” adı ilə evdən çıxdı, kanaldan meyiti tapıldı

"Karta pul köçürmək" adı ilə evdən çıxdı, kanaldan meyiti tapıldı
Kateqoriya məlum deyil
T

Salyan rayonunun Yenikənd kəndində suvarma kanalında meyit aşkarlanıb.
 

Sfera.az xəbər verir ki, araşdırmalar zamanı cəsədin kənd sakini, 2006-cı il təvəllüdlü Əhməd Ramil oğlu Dadaşzadəyə aid olduğu müəyyən edilib.

 

Kənd sakinlərinin sözlərinə görə, Əhməd sentyabrın 6-da “karta pul köçürmək” adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun meyiti 4 gün sonra təsadüfən sakinlər tərəfindən kanalda tapılıb.
 

Cəsəd dərhal sudan çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.
 

Məlumata görə, Əhməd Dadaşzadə ailədə iki qardaş və bir bacı olub. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır. Bizim.Media.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR