Velosipedin pedalı 8 yaşlı qızın gözünə batdı - Xəstəxanada öldü

Velosipedin pedalı 8 yaşlı qızın gözünə batdı - Xəstəxanada öldü
Kateqoriya məlum deyil
T

Gəncə şəhərində velosipeddən yıxılan 8 yaşlı uşaq vəfat edib.

 

Sfera.az xəbər verir ki, Ayşən Azər qızı Abdullayevanın qaçarkən velosipedə çırpılması nəticəsində vəfat etməsi müəyyənləşib.

 

Belə ki, Ayşən yaşadığı Ozan küçəsində döngədən qaçarkən 2011-ci il təvəllüdlü Allahverdiyev Həbib Vüqar oğlunun idarə etdiyi velosipedə dəyib və bu zaman velosipedin sağ əyləc tutacağı A.Abbasovanın gözünə girib. Nəticədə azyaşlı qız aldığı açıq kəllə-beyin travması xəsarətindən xəstəxanada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR