Gəncə qəzasında xəsarət alan 8 nəfərin SON DURUMU

Gəncə qəzasında xəsarət alan 8 nəfərin SON DURUMU
Kateqoriya məlum deyil
T

Gəncədə baş verən ağır qəza zamanı xəsarət alan 8 nəfərin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama verilib. 

 

Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 09.09.2025-ci il tarixində saat 20:50 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə 8 nəfər (7 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

 

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib. 


Hazırda 1 nəfərin (qadın cinsli) müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

 

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb" deyə məlumatda bildirilir. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR