Gəncədə 7-ci mərtəbədən yıxılan azyaşlı ölüb
Kateqoriya məlum deyil
Gəncədə bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, 2022-ci il təvəllüdlü M. Məmmədov prospektə yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb.
Azyaşlı xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.\ APA






