Azərbaycanda kütləvi zəhərlənmə


Azərbaycanda kütləvi zəhərlənmə
Kateqoriya məlum deyil08.09.25, 11:44125 👁️
T

Xızı rayonunun Giləzi qəsəbəsində kütləvi zəhərlənmə olub.

 

Sfera.az xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

 

Qeyd edilib ki, zəhərlənənlərin hamısı qohumdur. Onlar dünən Giləzidə dəniz sahilində qohumlarının tələbə olması ilə bağlı məclisdə iştirak ediblər. Belə ki, hər ailə özü ilə müxtəlif qidalar gətirib və birgə yeyib-içiblər.

 

Zəhərlənən şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

PAYLAŞ
Sehliyali
Yüklənir...