Bakıda avtobus qəzaya düşdü - 10-dan çox yaralı var - Yenilənib

Bakıda avtobus qəzaya düşdü - <span style="color:#ff0000">10-dan çox yaralı var - Yenilənib</span>
Kateqoriya məlum deyil08.09.25, 06:150 👁️
T

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

 

Sfera.az xəbər verir ki, bu barədə "Report"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

 

O bildirib ki, hadisə bu gün səhər 06:00 radələrində Xəzər rayonu Qala-Pirallahı yolunda qeydə alınıb.

 

"Hyundai" markalı avtomobil 99-XM-330 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" maraklı 10-XE-462 qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə hadisə zamanı xəsarət alan şəxslər var.

 

Faktla bağlı araşdırma aparılır.

 

xxx

 

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

 

Sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. Nəticədə 10-dan çox xəsarət alan var. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Fatkla bağlı araşdırma aparılır.

PAYLAŞ
Sehliyali
Yüklənir...