Gəncədə ev uçub, usta dağıntılar altında qalaraq ölüb.
Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib. Sözügedən ərazidə ev tikintisi zamanı uçqun olub. Nəticədə usta 1985-ci il təvəllüdlü T.Kərimov dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 3 nəfər xilas olub.
Dərhal əraziyə FHN-nin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Əraziyə xilasetmə işləri gedir. Hazırda əraziyə adiyyatı qurumların əməkdaşları da cəlb edilib.