Ayaqqabısının içərisində qızıl gizlədibmiş – Gömrükçülər tutdu - FOTO

Ayaqqabısının içərisində qızıl gizlədibmiş – Gömrükçülər tutdu - FOTO
Kateqoriya məlum deyil
T

Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb.

 

Sfera.az bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə istinadən xəbər verir.


Məlumata görə, İdarənin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycan gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.

 

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.



PAYLAŞ

OXŞAR XƏBƏRLƏR