“Bakı Metropoliteni” adından saxta səhifə yaradıldı

&ldquo;Bakı Metropoliteni&rdquo; adından <span style="color:#ff0000">saxta səhifə yaradıldı</span>
Kateqoriya məlum deyil03.09.25, 04:009 👁️
T

Son günlər "TikTok" sosial şəbəkəsində "Bakı Metropoliteni" QSC-nin adı ilə fəaliyyət göstərən səhifə cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Sözügedən səhifə metroda qiymət artımı və digər önəmli mövzular barədə paylaşımlar edərək ictimaiyyətdə çaşqınlıq yaradır, səhifəni idarə edən şəxs isə profili "rəsmi hesab" kimi təqdim edir.

 

Sfera.az xəbər verir ki, Oxu.Az-ın "Bakı Metropoliteni" QSC-yə ünvanladığı sorğuya cavab olaraq həmin səhifə saxta olduğu bildirilib.

 

"Bu səhifənin "Bakı Metropoliteni" QSC-yə heç bir aidiyyəti yoxdur. Vətəndaşlar ancaq "Facebook", "Instagram", "Linkedin" və "X" platformalarındakı rəsmi səhifələrimizi izləyərək məlumat ala bilərlər.

 

Sözügedən səhifənin bağlanması istiqamətində işlər görürük", - açıqlamada deyilir.

PAYLAŞ
Sehliyali
Yüklənir...