Gecə növbəsində çalışan qadının 4 barmağı kəsildi

Gecə növbəsində çalışan qadının 4 barmağı kəsildi
Kateqoriya məlum deyil
T

Mingəçevir Sənaye Parkında dəhşətli hadisə baş verib. 


Sfera.az xəbər verir ki, şəhər sakini 1995-ci il təvəllüdlü Hüseynzadə Nəzrin Azad qızı gecə növbəsində xidmətdə olarkən ehtiyatsızlıqdan əli işlək vəziyyətdə olan qurğunun arasında sıxılı vəziyyətdə qalıb.
 

N.Hüseynzadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 

Xəstəxanadan verilən məlumata görə, onun barmaqlarının bərpası mümkün olmadığından əməliyyat zamanı 4 barmağı amputasiya edilib. Həyatı təhlükəsi olmadığı bildirilir.


Faktla bağlı araşdırma aparılır. (Gencexeber.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR