Bakıda oğurluqlar edən şəxslər saxlanıldı

Bakıda oğurluqlar edən şəxslər saxlanıldı
Kateqoriya məlum deyil
T

Paytaxtın Xətai, Nərimanov və Səbail rayonlarında talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus mobil telefon, motosiklet və marketlərin birindən 2400 manat dəyərində lotereya biletləri oğurlayıblar.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı İ.Alxasov, əvvəllər məhkum olunmuşlar - 37 yaşlı R.Piriyev və 32 yaşlı T.Maksimov saxlanılıblar.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR