Gəncədə qonşuların davası QANLA BİTDİ – İki nəfər xəstəxanalıq OLDU

Kateqoriya məlum deyil
T
Gəncədə qonşular arasında mübahisə qanla nəticələnib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.
İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Hər iki bıçaq xəsarəti alan xəstəxanaya yerləşdirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.





