Kəlbəcərdə partlayış oldu: 4 nəfər ağır xəsarət aldı

Kəlbəcərdə partlayış oldu: 4 nəfər ağır xəsarət aldı
Kateqoriya məlum deyil
T

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

 

Sfera.az-ın məlumatına görə, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR