Logo

FHN vəzifəlisi adıyla vətəndaşları aldadan dələduzun məhkəməsi başladı

FHN vəzifəlisi adıyla vətəndaşları aldadan dələduzun məhkəməsi başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fariz Məlikovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Sfera.az Trend-ə istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası fevralın 24-nə təyin edilib.

İttihama görə, F.Məlikov vətəndaşlara özünü Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxsi kimi təqdim edərək, onları işə düzəltmək adı ilə vədlər verib. O, vətəndaşların ümumilikdə 90 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

F.Məlikov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli mirqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR