Logo

Bakıda şadlıq evindən çıxan kişini maşın vurdu

Bakıda şadlıq evindən çıxan kişini maşın vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda şadlıq evindən çıxan şəxsi avtomobil vurub.

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Qaraçuxur qəsəbəsində, "Aura" şadlıq evinin qarşısında 53 yaşlı Şərifov Nazir Yəhya oğlunu "Mercedes" markalı avtomobil vurub. N.Şərifov ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.

"Mercedes"in sürücüsü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, N.Şərifov "Aura" şadlıq evindən çıxıb və yolu keçmək istəyirmiş.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR