Bakıda 37 yaşlı qadın qətlə yetirildi

Bakıda 37 yaşlı qadın qətlə yetirildi
Kateqoriya məlum deyil23.08.25, 13:527 👁️
T

Paytaxtın Yasamal rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Hazırda istintaq davam edir.

PAYLAŞ
Sehliyali
Yüklənir...