Logo

Qusarda AĞIR QƏZA – Yaralılar var

Qusarda AĞIR QƏZA – Yaralılar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qusar rayonunda ağır yol qəzası baş verib.

Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Qusar-Ləzə yolunun rayonun Çiləgir kəndindən keçən hissəsində "Nissan" markalı avtomobillə yük maşını toqquşub.

Nəticədə minik avtomobilində olan Bakı sakini, 39 yaşlı Məcid Qalib oğlu İbrahimov və Zərdab rayonunun Təzəkənd kənd sakini, 35 yaşlı Dilqəm Hüseyn oğlu Vəliyev ağır xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Dilqəm Vəliyevin vəziyyətinin daha kritik olduğu bildirilir.

Qusar rayon Mərkəzi Xəstəxanasından  verilən məlumata görə, hazırda yaralılara tibbi yardım göstərilməsi davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR