Sabah bu iki rayonda QAZ OLMAYACAQ

Sabah bu iki rayonda QAZ OLMAYACAQ
Kateqoriya məlum deyil
T

Sabah Oğuz və Qax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 

Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində "ölcü qovşaqları"nın quraşdırılması məqsədi ilə avqustun 22-də saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində cəmi 1 421 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

 

Bundan başqa, Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaxbaş kəndində cəmi 204 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR