Məşhur hotel AQTA-nın cəriməsini ləğv etdirdi

Məşhur hotel AQTA-nın cəriməsini ləğv etdirdi
Kateqoriya məlum deyil17.08.25, 17:405 👁️
T

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin məşhur "East Legened" hoteli barəsində tərtib edilmiş protokolu ləğv edilib. İşin ilginc tərəfi budur ki, agentlik protokol üzrə yazılmış cərimənin 4 il sonra ödənilməsini istəyib.

 

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, agentlik hoteli 2021-ci ildə pandemiya ərəfəsində epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün inzibati qaydada protokol tərtib edərək 300 manat cərimələyib.

 

Hadisədən 4 il keçdikdən sonra agentlik hotel tərəfindən protokol üzrə cərimənin ödənilməsini istəyib. Lakin hotel məhkəməyə müraciət edərək protokolun ləğv edilməsinə nail ola bilib.
 

Belə ki, agentliyin 4 il sonra hotelə məktubla müraciət edərək, həmin qərarın icrasını tələb etməsini məhkəmə əsassız hesab edib. Belə ki, inzibati xətanın aşkara çıxarılmasında 4 aydan artıq müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab edilib.


Qərarda göstərilib ki, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə hotel məsuliyyətə cəlb edilə bilməz.

PAYLAŞ
Sehliyali
Yüklənir...