İtaliyada Etna vulkanı püskürdü - FOTO

Kateqoriya məlum deyil
T
İtaliyanın cənubundakı Kataniya şəhəri yaxınlığında yerləşən Etna vulkanı fəallaşıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, dünən axşamdan bu gün səhərədək vulkan kül və lav püskürüb.
Mütəxəssislər bildiriblər ki, lav axını 10 avqustda 3 min metr yüksəklikdə, Bocca Nuova ilə Cənub-Şərq kraterləri arasında yaranan effüziv çatlaqdan qidalanır. Həmin çatlaq 15 avqust tarixində yenidən aktivləşib.
Ən irəlidə olan lav xətti hazırda 2 min 700 metr yüksəklikdə müşahidə olunur. Cənub-Şərq Kraterində davam edən partlayışlar zirvə bölgəsinə kül yayılmasına səbəb olub. Hadisə ilə əlaqədar aviasiya üçün xəbərdarlıq səviyyəsi “narıncı” olaraq saxlanılıb.
Bəsti Rəfizadə
Sfera.az







