800 manatlıq lotoreya biletini oğurladılar
Kateqoriya məlum deyil
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən 200 manat pul, 800 manat dəyərində lotereya biletləri və tütün məmulatları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Nəcəfzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.






