Qız üstündə dava qanla bitdi

Qız üstündə dava qanla bitdi
Kateqoriya məlum deyil
T

Mingəçevirdə qız üstündə başlayan mübahisə qanla bitib.

 

Sfera.az xəbər verir ki, hadisə avqustun 13-ü gecə şəhərin Nizami küçəsində baş verib.

 

2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunun döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib.

 

Yaralı xəstəxanaya çatdırılıb və dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

 

Əldə edilən ilkin məlumata görə, tərəflər arasında mübahisə qız üstündə olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Teleqraf-ın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı istintaq araşdırmaları aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR