Laçında müğənni qardaşı tərəfindən öldürüldü

Kateqoriya məlum deyil
T
Laçında müğənni kimi tanınan Səfər Quliyevi qardaşı öldürüb.
Sfera.az-ın xəbərinə görə, hadisə rayonun Fingə kəndində baş verib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Hadisənin baş vermə səbəbi ailədaxili mübahisə olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanıb






