Marapi vulkanı yenidən fəallaşdı - VİDEO

İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanı yenidən püskürüb. Rəsmilərin məlumatına görə, 3 dekabr 2023-cü ildə baş verən ilk püskürmədən bu günə qədər vulkanda 450-dən çox püskürmə qeydə alınıb.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, artan vulkanik fəaliyyət səbəbindən kraterin ətrafındakı 3 kilometrlik ərazi təhlükəsizlik məqsədilə girişə bağlanıb. Yerli sakinlərin bu zonada hər hansı fəaliyyət göstərməsi qadağan olunub.
Püskürmələr zamanı Marapi vulkanının havaya sıx kül buludları göndərməsi nəticəsində ətraf ərazilərdə görünüş məsafəsi kəskin azalıb. Rəsmilər kül yağışı və mümkün lava axınlarına qarşı bölgə əhalisini ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, Marapi İndoneziyanın ən aktiv vulkanlarından biri hesab olunur və tarixən tez-tez püskürmələrlə yadda qalıb.
Bəsti Rəfizadə
Sfera.az






