Nazirlik əməkdaşı yol qəzasında öldü, ata-anası komaya düşdü - FOTOLAR


Nazirlik əməkdaşı yol qəzasında öldü, ata-anası komaya düşdü - <span style="color:#ff0000">FOTOLAR</span>
Kateqoriya məlum deyil10.08.25, 11:3424 👁️
T

İsmayıllı rayonunda Maliyyə Nazirliyinin əməkdaşı Aydan Vüsətqızının ölümünə səbəb olan qəzada onun atası Vüsət Hacızadə və anası da ağır xəsarət alıblar.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, avtomobildə ailənin üç üzvü olub.

 

A.Vüsətqızının valideynləri aldıqları xəsarətlərdən komaya düşüblər. Onun anasının durumu daha ağırdır.

 

Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə köçürülüblər.

 

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 9-u saat 08:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi cinsli) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

"1964-cü il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin və çanağın qapaıı travması, 1966-cı il təvəllüdlü şəxsə isə (qadın cinsli) qabırğaların, bazu sümüyünün və mil bilək sümüyünün çoxsaylı sınıqları, 1991-ci il təvəllüdlü şəxsə (qadın cinsli) travmatik və hipovolmik şok, dəqiqləşdirilməmiş komatoz vəziyyət diaqnozu təyin olunub.

 

Vəziyyətləri orta ağır qiymətləndirilən hər iki şəxsə zəruri tibbi xidmətlər göstərildikdən sonra onlar özəl tibb müəssisəsinə təxliyə olunub.

 

Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1991-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb", - TƏBİB-dən qeyd olunub.

 

PAYLAŞ
Sehliyali
Yüklənir...