Lerikdə üzərinə ağac aşan kişi öldü

Lerikdə üzərinə ağac aşan kişi öldü
Kateqoriya məlum deyil09.08.25, 12:2417 👁️
T

Lerikdə meşəyə odun yığmağa gedən 51 yaşlı Lənkəran sakininin üzərinə ağac aşıb.

 

Sfera.az-ın məlumatına görə hadisə rayonunun Gürdəsər meşəsinin 9-cu dolayında baş verib.

 

Belə ki, Lənkəran rayon sakini 1974-cü il təvəllüdlü İbrahim Nəriman oğlu Ağayev, şəhid ailələri üçün ayrılan kvota üzrə meşəyə odun gətirməyə gedib. A.İbrahimov üzərinə ağacın aşması nəticəsində ağır xəsarət alıb. Ətrafdakıların köməyi ilə o yaxınlıqdakı kəndə çatdırılsa da, təcili tibbi yardım briqadası gələnə qədər ölüm faktı qeydə alınıb.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ
Sehliyali
Yüklənir...