"Qarabağ"ın rəqibi Bakıya darmadağınla gəlir

"Qarabağ"ın rəqibi Bakıya darmadağınla gəlir
Kateqoriya məlum deyil
T

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya Liqasında ilk turun qarşılaşmasını keçirib.

 

Sfera.az xəbər verir ki, öz meydanında "Şkupi" ilə qarşılaşan “Şkendiya” 5-1 hesabı ilə qalib gəlib.

 

“Şkupi” görüşün böyük hissəsini azlıqda keçirib.

 

Qeyd edək ki, "Qarabağ" "Şkendiya" ilə ilk matçında 1:0 hesablı səfər qələbəsi qazanıb. Cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR