Bakıda motel yandı - VİDEO

Bakıda motel yandı - <span style="color:#ff0000">VİDEO</span>
Kateqoriya məlum deyil08.08.25, 05:2113 👁️
T

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a FHN-dən məlumat verilib.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 465 m² olan birmərtəbəli moteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində motelin 4 otağının yanar konstruksiyaları 150 m² sahədə yanıb.

 

Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

 

PAYLAŞ
Sehliyali
Yüklənir...