Astarada 62 yaşlı kişi dənizdə boğulub

Astarada 62 yaşlı kişi dənizdə boğulub
Kateqoriya məlum deyil
T

Astarada 62 yaşlı kişi dənizdə boğulub.

 

Sfera.az bildirir ki, "Report"un cənub bürosunun məlumatına görə hadisə rayonun Şahağacı kəndində dəniz ərazisində olub.

 

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Xanoğlan Museyib oğlu Əsədullayev günorta saatlarında çimərliyə gedib. Köhnə dənizçi olduğundan daha uzaq məsafəyə üzüb. Lakin hələlik məlum olmayan səbəbdən X.Əsədullayev dənizdə batıb. Ətrafdakıların köməyi ilə onun yeri müəyyən olunaraq sudan çıxarılıb.

 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR