57 yaşlı kişi hündürlükdən yıxılıb öldü

Kateqoriya məlum deyil
T
Sumqayıtda 57 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.
Sfera.az-ın məlumata görə, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikrorayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin üçüncü mərtəbəsindən yıxılıb.
İlkin ehtimallara əsasən, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Ağır xəsarətlər alan Rasim Quliyev həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






