Sumqayıtda yeniyetmə qız hündürlükdən yıxılaraq ölüb

Kateqoriya məlum deyil
T
Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Nuri Gülbahar Nuhəli qızı binanın yüksək mərtəbələrindən birindən yıxılaraq həyatını itirib.
İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. (Report)






