Xırdalanda qazi evində bıçaqlandı

Xırdalanda qazi evində bıçaqlandı

Abşeron rayonunda Vətən müharibəsi qazısı bıçaqlanıb.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri ərazisində baş verib. Vətən müharibəsi iştirakçısı Rövşən müharibədən sonra aldığı baş-beyin travmalarına görə mütəmadi olaraq ağrıkəsici dərmanlar atırmış. O, müharibədə aldığı zədələrə görə əsəbi olduğundan ailəsindən də ayrılıb, tək yaşayırmış.

 

Bir müddət əvvəl evdə tək olan Rövşənin yenidən ağrıları başlayıb və o, dostlarını köməyə çağırıb. Nəcəf, Ozan və Nahid Rövşənə yardım etmək üçün gediblər. Onlar evə daxil olanda mənzilin dağınıq olduğunu görüblər və Rövşənin evini səliqəyə salmağa başlayıblar. Bu vaxt Rövşənlə Ozan arasında mübahisə başlayıb və onlar əlbəyaxa olublar. Bu vaxt Ozan mətbəxdəki bıçağı götürərək Rövşənə beş bıçaq zərbəsi endirib.

 

Rövşən digər dostlarının sayəsində xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

 

Məhkəmənin hökmü ilə Ozan Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilir.

 

Tərəflər arasında barışıq elan olunduğundan məhkəmə Ozanın cəzasını şərti hesab edir. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam i...

İqtisad universitetinin təmirinə 10 milyon xərclənəcək

Azərbaycan Dövlət İqtisad Universiteti 9,7 milyon manata təmir ediləcək.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, təmir işlərini "Koneks ...

Azərbaycanda bu qaydaları pozan QHT-lər cərimələnəcək

Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələ...

İtlər sizi bu xəstəlikdən xilas edə bilər - Yeni TƏDQİQAT

Amerikalı alimlər sübut ediblər ki, itlər insanlara yalnız sakitləşməkdə deyil, həm də orqanizmin stressə sağlam reaksiya verməsində mühüm rol oynayır.  ...

Türkiyə ordusuna yeni Baş qərargah rəisi təyin olunub - FOTO

Türkiyə Ordusunun Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat ...

Cərimələrin 5 faizi onlara ayrılacaq - Prezident təsdiqlədi

Yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizinin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əla...