Xırdalanda kişi meyiti tapıldı

Hadisə
16:58 / 03.08.2025
1769
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.
Sfera.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Amal Əliəşrəf oğlu Vəliyevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müvafiq ekspertiza təyin olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.