Kollektorda ata və oğul boğuldu

Hadisə
22:30 / 01.08.2025
4055
Baş Şirvan kollektorunda iki nəfər boğulub.
Sfera.az xəbər verir ki, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Suda ata və övladının boğulduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.