Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...

Atası ilə birgə meyiti tapılan Səbinə danışa və gəzə bilmirmiş...

Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızının meyiti tapılıb. Bu hadisə ölkədə ciddi rezonansa səbəb olub.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo.az” ailə ilə bağlı bəzi məlumatları əldə edib.


Birinci qrup əlil olan 2002-ci il təvəllüdlü Səbinə Bayramovanın iflic olduğu müəyyənləşib. O danışa və gəzə bilmirmiş.

 

Mərhumun 2005-ci il təvəllüdlü qardaşı da var. O, əsgərlikdən yeni gəlib və Bakıda yaşayır. Onların anası 10 il öncə vəfat edib.

 

İntihar edən Məhəbbət Bayramov isə ikinci dəfə Günəş adlı qadınla ailə qurub. Onlar 6 il birgə yaşayıblar. Lakin övladları olmadığı üçün bundan 1 ay öncə ayrılıblar.
 

 

Səbinə Bayramovanın əlilliyi ilə bağlı aldığı müavinəti dəqiqləşdirmək üçün Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, Bayramovlar ailəsi həssas qrupdan olan, sosial müdafiəyə ehtiyacı olan ailə olduğuna görə DSMF tərəfindən onlara hər ay 850 manat vəsait ödənilirdi: 

 

“Belə ki, 2006-cı ildən serebral iflic diaqnozu ilə yataq xəstəsi olan 1-ci qrup əlil Bayramova Səbinə Məhəbbət qızına əlilliyə görə 300 manat məbləğində müavinət, 250 manat məbləğində təqaüd ödənilirdi. Həmçinin ona qulluq edən atası Bayramov Məhəbbət Əvəz oğluna qulluğa görə 120 manat məbləğində təqaüd ödənilirdi. Bununla yanaşı M.Bayramov 3-cü qrup əlilliyi olan şəxs olduğuna görə ona 180 manat məbləğində müavinət ödənişi də həyata keçirilirdi”.

 

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib.

 

Onun övladı Səbinə Bayramovanın isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.

 

Məlumata görə, evdən səs gəlmədiyini görən qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüblər. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...