Çayxanada dominoya görə dava düşdü: xəsarət alan var


Çayxanada dominoya görə dava düşdü: xəsarət alan var

Göygöl rayonunda çayxanada dava düşüb.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində, Göygöl Avtovağzalının yaxınlığındakı çayxanada baş verib.

 

Rayon sakini Natiq İsayev (soyadı şərtidir) tanışları ilə domino oynayarkən onunla birlikdə oynayan şəxs səhv edib. Nəticədə Natiq əsəbiləşib ayağa qalxıb və oyunu tərk edib. Bu vaxt domino oynayan şəxslər onun oyuna görə stola qoyduğu 2 manatı özünə qaytarıblar. Oyunu kənardan izləyən rayon sakini İlqar Alıyev (soyadı şərtidir) buna etiraz edib və Natiqə - "Sən kişi olsaydın, pulu götürməzdin", - deyib.

 

Nəticədə Natiqlə İlqar arasında mübahisə yaranıb. Natiq İlqarı vurmaq istəyərkən o, stolun üzərindəki çay stəkanını onun başına vurub və Natiq xəsarət alıb. İlqar bunun ardınca stolun üzərində olan külqabını da Natiqə tərəf atıb.

 

Stoldakı digər şəxslər davanı sakitləşdirsələr də, hadisə yerinə polis əməkdaşları gəliblər və fakta görə cinayət işi başlanıb.

 

Göygöl Rayon Məhkəməsinin hökmü ilə İlqar Alıyev 2 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib.


OXŞAR XƏBƏRLƏR

Bu rayonda qaz olmayacaq

Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCA...

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nəsimi Təcili Tibbi Yardım Stansiyasının anestezioloq-reanimatoloq həkimi Asəf Hümbətov vəfat edib. ...

Gəlinlə eyni gəlinlik geyinən qayınana bütün məclisi bərbad etdi - FOTO

Gənc cütlüyün həyatının ən xoşbəxt günü qayınananın davranışı ucbatından qalmaqalla bitib. Qadın mərasimə gəlinin paltarından demək olar ki, fərqlənməyən qar ki...

9 illik münasibətinə son qoyan Keti Perri keçmiş Baş Naziri ilə birlikdə görüntüləndi

Məşhur pop ulduzu Keti Perri ötən gecə Kanadanın baş naziri Castin Trüdo ilə rahat şam yeməyində görüntülənib. Orlando Bloom ilə 9 illik münasibətinə son qoyan ...

Kəlbəcərdə zəlzələ oldu

Daşkəsən stansiyasından 31 km cənub-qərbdə Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət...

Qurbanov Allahverdi Bağırovun məzarını niyə ziyarət etməyib?

Allahverdi Bağırovun məzarına hələ getməmişəm, çünki sıx qrafikimiz var idi və hazırlığın ən sıx dövrünə təsadüf etdi.   Sfera.az xəbər verir ki, bun...