Məşhur müğənnini əri öldürdü - FOTO

Hadisə
10:00 / 30.07.2025
3572
35 yaşlı müğənni Zebinoso Nosirovanın (səhnə təxəllüsü Zeboyi Jahon) həyatına əri son qoyub.
Sfera.az Milli.az-a istinadən xəbər verir ki, hadisə Özbəkistanın Səmərqənd vilayətində baş verib. Bu barədə "Milliy" telekanalının "Millar" verilişində bildirilib.
Sənətçinin 33 yaşlı əri uşaqları görmək üçün Taylak rayonuna gəlib.
Onlar arasında yaranan mübahisə cinayətlə yekunlaşıb, o, ifaçını boğaraq öldürüb.
Qeyd edək ki, onların 3 uşaq övladı var. Müğənninin əri saxlanılıb və cinayət işi açılıb.
Məqaləyə dair fotomateriallar: