Çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

Çimərlikdə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

Lənkəranda çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan sürücü həbs edilib.

 

Sfera.az xəbər verir ki, “VAZ 21074” markalı avtomobili idadə edən 27 yaşlı Samik Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə S.Mustafayevin sürücülük hüququ bir il məhdudlaşdırılıb və o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

 

Bundan başqa, yol polisi əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılan “VAZ 2106” markalı avtomobilin sürücüsü 57 yaşlı Fizuli Kazımovun isə psixotrop maddədən istifadə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib və o, 15 gün inzibati qaydada həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva iddia edir ki, bağçanın müdir əvəzi Emin Orucov onu...

Çimərlik geyimi ilə gəzənlər cərimələnəcək

İspaniyanın Malaqa şəhərinin hakimiyyəti itaətsiz davranışlarına görə turistlərə qarşı qətiyyətli tədbirlər görüb. Belə ki, istirahətə gedənlərin çimərlik ...

Nazir Sahil Həmidova VƏZİFƏ VERDİ - FOTO

Azərbaycan Texnologiya Universitetinə prorektor təyinatı olub.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əm...

Məleykə Əsədova estetik etdirib? - VİDEO PAYLAŞDI

Xalq artisti Məleykə Əsədovanın estetik etdirdiyi iddia olunub.   Sfera.az bildirir ki, buna səbəb Əsədovanın paylaşdığı video olub.   ...

Keçmiş yüksək vəzifəli məmur xərçəngə tutuldu- FOTO

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Arif Qaraşovun səhhətində ciddi problemlər...

Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.   Milli Məclisin...