Şəmkirdə iki əmioğlu bıçaqlandı

Hadisə
09:45 / 29.07.2025
3144
Şəmkir rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 41 yaşlı Ehtiram Hüseynov münaqişə zəminində 20 yaşlı Kazım Əliyevə və onun əmisi oğlu 26 yaşlı Sübhan Əliyevə əl və qol nahiyələrindən bıçaqla xəsarət yetirib. Hər iki şəxsin vəziyyəti stabildir.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Əliyevə və K. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ehtiram Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.