Qubadlıda ağır qəza - Yaralılar var

Hadisə
17:27 / 28.07.2025
3700
Qubadlıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Qubadlı rayonu ərazisində hərəkətdə olan “Kia K3” markalı minik maşını yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı şəxslər - Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Əliyev Rauf Rafayil oğlu, 1999-cu il təvəllüdlü Alkərəmov İntiqam Mətləb oğlu, 2001-ci il təvəllüdlü Mütəllimov Məhəmməd Zülfüqar oğlu və Sumqayıt şəhər sakini 1994-cü il təvəllüdlü Heydərov İlqar Elşən oğlu Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.