Sınaq üçün antibiotik vurdu, kişi öldü

Hadisə
14:07 / 28.07.2025
3209
Xaçmazda antibiotik vurulan kişi şoka düşərək ölüb.
Sfera.az xəbər verir ki, hadisə iyulun 27-si saat 10 radələrində rayonun Ağtala kəndində baş verib.
Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü Zülfüqarov Böyükağa İskəndər oğlu yaşadığı evdə qəfil vəfat edib.
İlkin araşdırmalarla müəyyən edilib ki, rayonun Nərəcan kənd sakini Həmdulla adlı şəxs B.Zülfüqarova sınaq üçün antibiotik iynəsi vurub. Bu zaman 56 yaşlı kişi şoka düşərək həyatını itirib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.