Bakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi


Bakıda 16 yaşlı qız ana oldu, əri həbs edildi

Bakıda 16 yaşlı qız ana olub. Onun qanunsuz evlənməsi ilə bağlı əri həbs edilib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayon qəsəbələrinin birində baş verib.

 

22 yaşlı Elvin 9-cu sinif şagirdi Gülər (şərti adlı) ilə münasibət qurub. Onlar qarşılıqlı razılıq əsasında birgə yaşamağa başlayıblar. Məsələdən hər iki tərəfin valideynlərinin xəbəri olub. Lakin qızın azyaşlı olması səbəbindən ailələr izdivacın rəsmi şəkildə yalnız onun 17 yaşı tamam olduqdan sonra baş tutmasına razılaşıblar.

 

Buna baxmayaraq, Elvin azyaşlı qızı razı salaraq evdən qaçırıb. Bir il sonra onların qız övladı dünyaya gəlib. Ana olan vaxt Gülərin hələ 17 yaşı tamam olmayıb.

 

Elvin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlanıb.Həm Elvin, həm də Gülər məhkəmədə münasibətlərinin qarşılıqlı sevgi əsasında qurulduğunu və hazırda birlikdə xoşbəxt yaşadıqlarını deyiblər.

 

Məhkəmədə Gülərin atası da ifadə verib. O, qızının azyaşlı olduğu üçün evlənməsinə razı olmadığını, lakin sonradan Elvinə qoşulub evdən getdiyini deyib: "Qızım 9-cu sinifə qədər təhsil alıb. Elvin ona elçi gələndə razı olmadım. Dedim ki, hələ uşaqdır. Amma ailələr arasında razılaşdıq ki, 17 yaşı tamam olandan sonra toy edək. Buna baxmayaraq, Elvin bir müddət sonra qızımı qaçırdı. Qızım evdən çıxarkən məktub qoymuşdu ki, evlənmək məqsədilə gedib. Könüllü getdiyi üçün dalınca getmədim. Üzərində ləkə qalmasın deyə evlənməsinə də etiraz etmədim".

 

Elvin istintaq boyu azadlıqda olsa da, məhkəmə onun həbslə cəzalandırılmasını qanunauyğun hesab edib. Hökmə əsasən o, 1 il müddətə azadlıqdan məhrum edilib.

 


OXŞAR XƏBƏRLƏR

Putin və Netanyahu arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu b...

Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti MƏHDUDLAŞDIRILACAQ

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Azərbaycanlı Balidə oğurluğa görə həbs olundu

İndoneziyanın Bali şəhərində valyutadəyişmə məntəqəsindən pul oğurlamaqda şübhəli bilinən 35 yaşlı azərbaycanlı kişi həbs edilib.   Sfera.az xəbər ve...

DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikr...

289 şagirdin nəticəsi ləğv olundu

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan uyğunsuzluqların əlavə araşdırılması davam e...

Bakı şəhərinə bu aylarda 200 yeni avtobus gətiriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.   Agentlik...