Şəmkirdə yas mərasimləri sadələşdirilib

Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb.
Sfera.az xəbər verir ki, bir neçə il öncə Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov tərəfindən yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı məsələ qaldırılıb.
Buna səbəb həmin dövrdə beş yas mərasimindən vətəndaşların marketlərə 35 min manatdan çox borcunun yığılmasıdır. Məbləğin bu qədər yüksəlməsi isə həmin mərasimlərdə 3 cür isti yemək və şirniyyatların verilməsi olub.
Bununla bağlı V. Həsənov və bələdiyyə kollektivi şəhər ağsaqqalları, mollar və rayon ictimaiyyəti ilə görüşlər keçirib, əhali arasında təbliğatlar aparıb və uzun illər davam edən adət-ənənəni sadələşdirməyə nail olublar.
Qeyd olunur ki, artıq Şəmkirdə yas mərasimlərində isti yemək və ya şirniyyat verilmir, nəticədə vətəndaşlar yaxınlarının yas mərasimlərinə görə borclu qalmırlar.