Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü - FOTO

Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü - FOTO

İyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində qətl törədilib.

 

Sfera.az xəbər verir ki, gecə saat 04 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb.

 

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov polis tərəfindən saxlanılıb.

 

Vətən müharibəsi iştirakçısı olan Elvinin psixoloji problemlərinin olduğu və tərəflər arasında hadisədən bir qədər əvvəl şəxsi münasibətlər zəminində mübahisənin yarandığı bildirilir.

 

Qətlə yetirilən N.Səfərovun Bülbülədə hörmətli şəxs olduğu, xeyriyyəçi kimi tanındığı qeyd edilir.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo)

 

Fotoda: Nadir Səfərov

 


OXŞAR XƏBƏRLƏR

100 ilin ən yüksək temperaturu qeydə alınıb

İyulun 26-da Macarıstanda 100 ildən artıq müddət ərzində ən yüksək temperatur qeydə alınıb.   Sfera.az xəbər verir ki, Macarıstanın cənub-şərqin...

Azərbaycanda ötən il cəmi bir meşə yanğını olub - EKSKLÜZİV

Son illərdə Azərbaycana yaxın regionlarda yerləşən ölkələrdə çoxlu sayda meşə yanğınlarına rast gəlinir. Qlobal istiləşmə və anomal hava şəraiti ilə yanaşı insa...

Nigar Camalla Fərqanə Qasımova arasında qalmaqal - FOTO

“Avroviziya” qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal yaşanıb.   Sfera.az xəbər verir ki, buna səbə...

Naxçıvanda polis əməkdaşı vəfat etdi

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.   Sfera.az xə...

Rusiya qazı üçün nəzərdə tutulmuşdu, ilk dəfə Azərbaycan istifadə etdi

Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığı genişlənməkdədir. Bakıdan təbii qaz alan Kiyev bu prosesdə həm də siyasi və geosiyasi mesajlar verir. Transbalk...

“Instagram”da ünvanlar ifşa oldu: Yeni funksiya narazılıq doğurdu

“Instagram” sosial şəbəkəsində məxfiliklə bağlı qalmaqal yaşanır. Şirkət istifadəçilərin razılığı olmadan onların ani mövqelərini izləyiciləri ilə p...