Azərbaycanda bu ərazilərdə də yanğın başladı


Azərbaycanda bu ərazilərdə də yanğın başladı

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

 

Sfera.az Report-a istinadla xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

 

Yanğın əsasən quru ot və kolluq ərazidədir.

 

Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib.

 

Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.
 


OXŞAR XƏBƏRLƏR