Gəncədə icra əməkdaşları döyüldü

Gəncədə icra əməkdaşları döyüldü

Gəncədə iki nəfər döyülüb.

 

Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

 

Belə ki, 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə döyülmə ilə xəstəxanaya aparılıb. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Məlumata görə döyülənlər - İ.Muradov və F.Gəncəzadə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır.

 

Fakt araşdırılır.


OXŞAR XƏBƏRLƏR