18 yaşlı qız 4-cü mərtəbədən yıxıldı

Hadisə
13:55 / 24.07.2025
12
Sumqayıtda 18 yaşlı qızın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, iyulun 23-ü saat 16 radələrində 2007-ci il təvəllüdlü Asiman Abdullazadə yaşadığı 8-ci mikrorayondakı binanın 4-cü mərtəbəsindəki evin pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş A.Abdullazadənin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.