Meşələr yanır -Məsuliyyət kimindir?

Meşələr yanır -Məsuliyyət kimindir?

İyul ayının ortalarından etibarən Azərbaycanın bəzi rayonlarında meşə yanğınları qeydə alınıb. Bənzər vəziyyət yüksək temperaturun müşahidə olunduğu Türkiyə, Yunanıstan, Albaniya və digər Aralıq dənizi ölkələrində də yaşanır. Mütəxəssislər bildirirlər ki, artan temperatur, quraqlıq və insan amili bu yanğınların əsas səbəbləridir.

 

Yay aylarında meşə yanğınlarının intensivləşməsi qlobal iqlim dəyişikliyi, ekoloji balansın pozulması və insanların ehtiyatsız davranışları ilə birbaşa əlaqələndirilir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yanğınların başlıca səbəbi insanların məsuliyyətsiz davranışlarıdır:

 

 

“İstər turistlər, istərsə də ərazi sakinləri meşəlik ərazilərdə olduqları zaman yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməlidirlər. Təəssüf ki, bəzən açıq od qalayan şəxslər alovu tam söndürmədən ərazini tərk edir, siqaret kötüyünü yerə atırlar və bu da faciəvi nəticələrə səbəb olur. Digər ciddi məsələ isə zibillənmədir. Günəş şüalarının təsiri ilə atılmış şüşə butulkalar linza effekti yaradaraq ot örtüyünün alışmasına yol aça bilər".

 

 

Ekspert hesab edir ki, bu kimi halların qarşısını almaq üçün həm dövlət qurumları, həm də vətəndaşlar üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Onun sözlərinə görə, profilaktik tədbirlər gücləndirilməli, maarifləndirmə işləri intensiv aparılmalıdır:

 

“Əhali maarifləndirilməli, meşəlik ərazilərdə xəbərdaredici lövhələrin sayı artırılmalı, nəzarət tədbirləri gücləndirilməlidir. Eyni zamanda, meşə təsərrüfatı və fövqəladə hallar qurumları birgə və operativ şəkildə fəaliyyət göstərməlidir".

 

 

 

Elmar Nurəliyev meşə yanğınlarının qarşısının alınmasında ictimai nəzarətin də mühüm rol oynadığını vurğulayıb. Onun fikrincə, hər bir vətəndaş ətraf mühitə qarşı məsuliyyətli yanaşmalı, şübhəli hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verməlidir.

 

Qeyd edək ki, meşə yanğınları təkcə təbiətə deyil, həm də insan sağlamlığına, kənd təsərrüfatına və iqtisadiyyata ciddi ziyan vurur. Buna görə də hər kəsin bu məsələdə diqqətli və məsuliyyətli davranması olduqca vacibdir.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...

Nazir çətin vəziyyətdəki mədəniyyət işçilərindən danışdı - VİDEO

Mədəniyyət naziri Adil Kərimli çətin vəziyyətdəki mədəniyyət işçiləri ilə bağlı danışıb.   Sfera.az xəbər verir ki, nazir bununla bağlı Baku TV-...

Ancelina Colinin təyyarədə sərnişinlər arasında görüntüləndi - VİDEO

Hollivud aktrisası Ancelina Coli ötən həftə sonu Verakrusa adi kommersiya reysi ilə uçarkən Mexiko hava limanında sərnişinlər arasında böyük səs-küyə səbəb olub...

İŞİD lideri oğulları ilə birlikdə məhv edildi

Suriyanın Hələb əyalətinin Əl-Bab şəhərində İŞİD-in yüksək rütbəli lideri Muslih əl-Hardani məhv edilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Sil...

10 meşə işçisinin həlak olduğu yanğın nəzarətə götürüldü

Türkiyənin Əskişəhər, Antalya, Adana və Dənizli şəhərlərindəki meşə yanğınları nəzarət altına alınıb, Karabükdə isə davam edir.   Sfera.az xəbər veri...